
"Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze komandanın azarkeşləri ilə münaqişəyə girib.
Sportnet.az-ın məlumatına görə, bu, "qırmızı-qaralar"ın evdə "Şamaxı"ya 0:1 hesabı ilə uduzduğu Azərbaycan Premyer Liqasının VII tur matçından sonra baş verib.
Tsxadadze "Qəbələ" azarkeşlərinin istefa şüarları qarşılığında belə bir addım artıb. Gürcüstanlı mütəxəssis hətta fanatlardan birinin üstünə getməyə cəhd edib. Onu köməkçiləri dayandıraraq, tribunaaltı tunelə göndəriblər.
Qeyd edək ki, oyun "Şamaxı"nın qələbəsi ilə yekunlaşıb - 1:0.