
Rassel Martin Şotlandiya "Reyncers"inin baş məşqçi postundan istefaya göndərilib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, səbəb kollektivin bu mövsüm inamsız nəticələridir.
O, 2025-ci ilin iyunundan Qlaqo komandasında çalışırdı. Hazırda "Reyncers" 7 oyundan 8 xalla 8-ci yerdə gedir. Komanda cəmi 1 qələbə qazanıb, 5 heç-heçə və 1 məğlubiyyət alıb. Çempionlar Liqasında isə bu kollektiv pley-off mərhələsində Belçika "Brügge"sinə ümumi hesabda uduzub - 1:9. Onların Avropa Liqasındakı ilk 2 turu da Belçika "Genk"inə 0:1, Avstriya "Şturm"una 1:2 hesablı məğlubiyyətlərlə əlamətdar olub.