
Braziliya millisinin sabiq futbolçusu Everton Ribeyro qalxanabənzər vəzi xərçəngindən əməliyyat olunub.
Sportnet.az-ın məlumatına görə, hazırda "Baiya" klubunda çıxış edən hücumameylli yarımmüdafiəçi bu barədə keçmiş komandası "Flamenqo" ilə ölkə çempionatı matçından sonra sosial şəbəkə hesabında yazıb.
36 yaşlı oyunçu bildirib ki, belə bir diaqnoz ona ötən ay qoyulub. Ribeyro əməliyyatın uğurla keçdiyini açıqlayıb.
Qeyd edək ki, Everton Ribeyro "Flamenqo"da 2017 - 2024-cü illərdə forma geyinib və komandanın kapitanı olub. Braziliya millisinə də çağırılmış futbolçu 2018 və 2022-ci il dünya çempionatlarında çıxış edib. "Baiya" ötən gecə 1:0 hesablı qələbə qazandıqları "Flamenqo"ya qarşı matçda 87 dəqiqə forma geyinib. Əvəzində rəqib komandadakı "Qarabağ"ın sabiq hücumçusu Juninyo oyunu sonadək ehtiyat oyunçular skamyasında keçirib.