
"Biz böyük cəsarət göstərdik".
Sportnet.az-ın məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin Portuqaliyada təşkil olunan ilk Futbol Sammitində Çempionlar Liqasının yeni formatı barədə danışarkən deyib.
Sloveniyalı funksioner yeni formatın üstünlüklərindən danışıb: "Biz maraqlı tərəflərlə xeyli ünsiyyətdə olduq və nəticədə belə bir uğurlu format alındı. Çünki əvvəllər artıq dekabrda bilinirdi ki, kim finala çıxacaq. İndi isə Liqa mərhələsinin son turunda PSJ və "Mançester Siti" finala çıxacaqlarına əmin deyildilər. Yarışdakı məhz bu gözlənilməzlik üzündən də biz futbola baxırıq. Nəticəsi əvvəlcədən bilinən futbola baxmırlar. Ona görə də bu, böyük uğurdur və biz buna şadıq".
Qeyd edək ki, hazırda Çempionlar Liqasının əsas mərhələsində komanda sayı 32-dən 36-ya yüksəldilib. Onlar qruplara bölünmürlər və 8 oyundan ibarət liqa formatında mübarizə aparırlar. Bu mövsüm 2 turdan sonra "Qarabağ" 6 xalla 6-cı yerdə qərarlaşıb.