
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) oyunçularının transfer qiymətləri əsasında dünyanın ən bahalı klublarının siyahısını açıqlayıb.
Sportnet.az xəbər verir ki, birinci yerdə İngiltərənin "Çelsi" klubu qərarlaşıb.
"Üçlüy"ə İspaniya "Real Madrid"i və İngiltərənin digər təmsilçisi "Mançester Siti" də daxil edilib.
8 klubun heyətlərinin ümumi dəyəri 1 milyard avronu keçir.
10 ən yaxşı klubdan 5-i İngiltərəni, 2-si İspaniyanı, qalanları İtaliya, Almaniya və Fransanı təmsil edir.