
Futzal üzrə Azərbaycan milli komandası oktyabrın 16-da Bakıda təlim-məşq toplanışına başlayacaq.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, dörd gün davam edəcək hazırlıq prosesinin sonunda yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.
Baş məşqçi Yevgeni Kukseviç məşq prosesinə 5-i qapıçı olmaqla ümumilikdə 20 futzalçı dəvət edib:
Qapıçılar: Emin Kürdov, Hüseyn Əbdülov, Rövşən Hüseynli (hamısı “Araz-Naxçıvan”), Kamran Hacıyev (“Neftçi” İK), Cavad Məmmədov (“Baku Fire”)
Oyunçular: Mirzə Əmirov, Ülvi Əliyev, Ədalət Ələkbərov, Qüdrət Qasımzadə (hamısı “Araz-Naxçıvan”), Emil Həsənzadə, Nihad İsmayılov, Tofiq Əliyev (hamısı “Neftçi” İK), Fərid Abbasov, Oktay Rüstəmli, Murad Quluzadə, Kənan Manafov, Nurlan Məmmədov, Eldar Zeynalov (hamısı Baku Fire), Oqtay Mahmudzadə, Pünhan Qasımzadə (hər ikisi U-19).