
2026-cı il dünya çempionatına vəsiqə qazanan Səudiyyə Ərəbistanı yığmasının hər bir futbolçusuna 1 milyon avro mükafat veriləcək.
Sportnet.az-ın "Asharq Business" nəşrinə istinadən məlumatına görə, bu barədə ölkə rəhbərliyi qərar qəbul edib.
Ödənişə məsul şəxs isə şahzadə və idman naziri Abduləziz bin Turki Əl Fəysal təyin olunub.
Səudiyyə Ərəbistanı millisi baş məşqçi Xulen Lopeteginin rəhbərliyi altında Asiya zonası üzrə seçmə mərhələsinin həlledici turunda İraqla qolsuz heç-heçə edib - 0:0. Bu nəticə B qrupunda birinci yeri tutmağa yetərli olub.
Beləliklə, ölkə yığması tarixində 7-ci və ardıcıl 3-cü dəfə dünya çempionatında iştirak edəcək. Ən yaxşı nəticə isə 1994-cü il dünya çempionatında 1/8 finaladək irəliləməkdən ibarət olub.
Qeyd edək ki, DÇ-2026 gələn il 11 iyundan 19 iyuladək ABŞ, Kanada və Meksikada keçiriləcək.