
UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada "Atletik" (Bilbao) və "Qarabağ" komandaları arasında keçiriləcək III tur oyununa hakim təyinatları açıqlanıb.
Sportnet.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Xorvatiyadan olan hakimlər briqadasına tapşırılıb.
Matçın baş hakimi İqor Payaç olacaq. Ona yan xətt hakimləri Boyan Zobenitsa və İvan Mixal kömək edəcəklər. Dördüncü hakim funksiyasını İvan Bebek yerinə yetirəcək. VAR hakimi Fedayi San, Zdenko Lovriç köməkçisi olacaq.