Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən 15 yaşlı cinah hücumçusu Kriştianu Ronaldu duş Santuş Portuqaliyanın 16 yaşadək futbolçulardan ibarət yığma komandasına dəvət alıb.
Sportnet.az xəbər verir ki, bu bu barədə məlumatı Portuqaliya Futbol Federasiyası yayıb.
Bu çağırış gənc futbolçu üçün milli komandanın bu yaş kateqoriyasında ilk təcrübə olacaq. Beşqat “Qızıl top” sahibi Kriştianu Ronaldunun oğlu Federasiyalar Kubokunda iştirak edəcək. Turnir Türkiyənin Antaliya şəhərində keçiriləcək və portuqaliyalılar burada eyni yaş qrupundan olan Türkiyə, İngiltərə və Uels yığmaları ilə qarşılaşacaqlar.
Qeyd edək ki, Kiçik Ronaldu beynəlxalq arenada ilk oyununu 2025-ci il mayın 13-də Xorvatiya yığmasına qarşı keçirib.

















































































