UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu keçirən "Araz-Naxçıvan" Rumıniya çempionu "Yunayted Qalati" ilə qarşılaşıb.
Sportnet.az-ın məlumatına görə, görüş Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Yevgeni Kukseviçin baş məşqçi olduğu kollektivdən Aleks və Filipe fərqləniblər.
Qeyd edək ki, "Araz-Naxçıvan" oktyabrın 30-da Lüksemburqun "Differdanje 03", noyabrın 1-də isə Niderlandın "Tigers Roermond" komandaları ilə üz-üzə gələcək.







































































