İngiltərənin "Çelsi" komandası "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV tur matçında itki ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, 5-ci dəqiqədə Romeo Lavia baldır əzələsində ağrılar hiss edərək, meydançanı tərk edib.
Onun əvəzinə Moyses Kaysedo oyuna girib.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 0:0.








































































