"Qarabağ" İngiltərənin "Çelsi" komandasına qarşı UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV tur matçında ciddi itki ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, 26-cı dəqiqədə Kadi Borges Mark Kukurelyanın sərt oyunu nəticəsində ayağından xəsarət alıb.
Oyunu davam etdirə bilməyən braziliyalı yarımmüdafiəçi meydançanı tərk edib. "Qarabağ" 10 oyunçu ilə qaldığı vaxt bərabərlik qolunu vurub. Leandro Andrade 29-cu dəqiqədə fərqlənib.
Yalnız bundan sonra əvəzləməni etmək mümkün olub. 31-ci dəqiqədə meydançaya Emmanuel Adda daxil olub.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 1:1.









































































