Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində keçiriləcək "Napoli" - "Qarabağ" oyunu üçün biletlər artıq satışa çıxarılıb.
Sportnet.az xəbər verir ki, biletlərin qiyməti 25 avrodan 165 avroya (təxminən 49 manatdan 324 manata qədər) dəyişir.
"Napoli" - "Qarabağ" matçı 26 noyabrda Dieqo Armando Maradona stadionunda keçiriləcək.
Qeyd edək ki, 4 turdan sonra "Qarabağ" 7 xalla 15-ci, "Napoli" 4 xalla 24-cü pillədədir.

















































































