UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçirilən "Qarabağ"la oyunda zədələnən Romeo Lavianın durumuna aydınlıq gəlib.
Sportnet.az xəbər verir ki, "Çelsi"nin yarımmüdafiəçisinin ayaq əzələsində zədə aşkarlanıb.
Belçikalı futbolçu 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" matçı 2:2 hesablı bərabərliklə başa çatıb.
















































































