
Məşqlərini Bakıda davam etdirən "Kəpəz" Türkiyədə təlim-məşq toplanışına yollanacaq. Sportnet.az-ın məlumatına görə, komanda iyul ayının 17-dən 26-na kimi qardaş ölkədə hazırlıq keçəcək.
"Sarı-göylər” məşqlərini Ərzurum şəhərində keçirəcək. Gəncə klubu Türkiyədə olduğu müddətdə həm də yoxlama oyunlarında qüvvəsini sınayacaq.