"Yaxşı oyun keçirdik. Birinci hissədə daha yaxşı çıxış etdik. İkinci yarıda isə matça tam köklənə bilmədik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın qapıçısı Mateuş Koxalski İtaliyada "Napoli"yə 0:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının əsas mərhələsinin V tur matçından sonra İTV-yə açıqlamasında deyib.
Polşalı qolkiper məğlubiyyət üzündən məyusluğunu gizlətməyib: "Bu gün yaxşı qurtarışlarım, penalti dəf etməyim önəmli deyil. Çünki mənim üçün əsas məsələ komandadır, komanda oyunudur. Təəssüf ki, alınmadı. Bu oyunda 1 xal, hətta 3 xal da qazanmaq mümkün idi. Uduzduğumuz üçün məyusam. Buna baxmayaraq, ümidvaram ki, növbəti qarşılaşmada daha yaxşı çıxış edəcəyik".
Qeyd edək ki, "Qarabağ" VI turda Niderland "Ayaks"ını qəbul edəcək. Dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlanacaq.











































































