İngiltərənin “Arsenal” klubu UEFA Çempionlar Liqasında (ÇL) 2005/2006 mövsümündəki nailiyyətini təkrarlayıb.
Sportnet.az-ın "Opta"ya istinadən məlumata görə, “topçular” 20 ildən sonra ilk dəfə Avropanın ən nüfuzlu klub turnirində keçirdikləri beş oyunun hamısında qələbə qazanıblar.
2005/2006 mövsümündə “Arsenal” Çempionlar Liqasının finalına qədər yüksəlmiş, həlledici qarşılaşmada İspaniya “Barselona”sına 1:2 hesabı ilə uduzmuşdu.
Noyabrın 26-da “topçular” ÇL-in əsas mərhələsinin V tur matçında Almaniya “Bavariya”sı ilə qarşılaşıblar. Görüş Londonun “Emirates” stadionunda baş tutub. Baş məşqçi Mikel Artetanın komandası 3:1 hesabı ilə qalib gəlib.
Cari mövsümün ÇL finalı Budapeştdəki “Puškaş Arena”da keçiriləcək. Turnirin həlledici qarşılaşması 30 may 2026-cı ildə oynanılacaq.












































































