UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ" və Niderland "Ayaks"ı arasında keçiriləcək VI tur matçının təyinatları açıqlanıb.
Sportnet.az xəbər verir ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Rade Obrenoviçə həmyerliləri Yure Praprotnik və Qrega Kordej yan xətt hakimləri qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Mateo Tozan yerinə yetirəcək. Matey Yuq VAR hakimi, Alen Boroşak VAR hakiminin köməkçisi kimi fəaliyyət göstərəcək.
Almaniyalı Yens Futterknext UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, görüş saat 21:45-də başlanacaq.












































































