UEFA Gənclər Liqasında "Qarabağ" və Niderland "Ayaks"ı arasında keçiriləcək VI tur matçının təyinatları açıqlanıb.
Sportnet.az xəbər verir ki, dekabrın 10-da "Azersun Arena"da təşkil olunacaq qarşılaşma Macarıstandan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Marton Ruşa həmyerliləri Gerqo Viq-Tarsonyi və Balaj Salai yan xətt hakimləri qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə azərbaycanlı referi Cavid Cəlilov yerinə yetirəcək.
Qeyd edək ki, oyun saat 15:00-da başlanacaq.













































































