İngiltərə "Liverpul"unun hücumçusu Məhəmməd Salah Çempionlar Liqasının əsas mərhələsinin VI turunda İtaliya "İnter"inə qarşı matçın heyətindən çıxarıla bilər.
Sportnet.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, klub, Salahın komandadakı rolu ilə bağlı qalmaqallı sözləri və İngiltərə Premyer Liqasının XV turunda "Lids Yunayted"lə (3:3) oyundan sonra baş məşqçi Arne Slotu tənqid etməsindən sonra yekun qərar verməlidir.
Cari mövsümdə misirli yarımmüdafiəçi "Liverpul"un heyətində 19 matça çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla qüvvədə olan müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, dekabrın 9-da "San Siro" stadionunda keçiriləcək "İnter" - "Liverpul" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.













































































