UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda “Qarabağ” və Niderland “Ayaks”ı arasında keçiriləcək oyun üçün bilet satışında yüksək dinamika davam edir.
Sportnet.az xəbər verir ki, qarşılaşmaya artıq 27 650 bilet satılıb.
Klub azarkeşləri biletlər tükənməmiş əldə etməyə çağırıb. Bildirilib ki, mövsümün ən çox maraq doğuran matçlarından biri üçün biletlər məhdud sayda qalıb.
Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Bilet qiymətləri standart sektorlara 10, 15, 25, 35, 40, 50, 75 manata, VIP sektorlara 200, 250, 300, 400 manata, VVIP-ə isə 1000 manatadır.
Biletlər yalnız iTicket.az saytından və mobil tətbiqindən əldə oluna bilər.
Onlayn alışı zamanı çətinlik yaranacağı təqdirdə azarkeşlər iTicket.az satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan-Şopuna və Tofiq Bəhramov stadionunun kassalarına müraciət edə bilərlər.














































































