"Oyundan çox razı qaldım. Uduzsaq da, azarkeşlər üçün əsl futbol oldu, sonadək vuruşduq, hücum etməkdən çəkinmədik. Azarkeşlərin hər birinə və futbolçularıma təşəkkür edirəm. Sadəcə, doğrudan da bəsit qollar buraxdıq. Qapımıza gedən zərbələr demək olar ki, qol oldu".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə Niderland "Ayaks"ına 2:4 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI tur matçından sora İTV-yə müsahibəsində deyib.
"Rəqibin bütün oyunlarına baxmışdım. Uduzduqları oyunlarda da dominantlıq edirdilər. Topla necə davranmalı olduqlarını göstərdilər. Amma futbolçularımdan çox razı qaldım. Üzülməyimizə baxmayaraq, məncə, bu gün çox şey qazandıq", - 53 yaşlı mütəxəssis əlavə edib.
Onun fikrincə, uduzmaları komandasının motivasiyasına təsir etməyəcək: "Hər şey normaldır. İndiyədək qalib gəlmişiksə, yenə uda bilərik. Yaxud məğlub olmuşuqsa, yenə uduza bilərik. Sadəcə, sonadək şansımızdan yararlanmağa çalışacağıq. Komandanı daha da toparlamaq və son 2 oyuna hazırlamaq üçün qarşıda zamanımız olacaq. Amma bu, Çempionlar Liqasıdır. Burada nə səhvlər bağışlanılır, nə də öncədən udub-uduzacağımıza dair heç bir fikir söyləmək olmur.








































































