"Qarabağ" və Niderland "Ayaks"ı arasında keçirilmiş UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI tur matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu, Amsterdam komandasının 21 yaşlı israilli yarımmüdafiəçisi Oskar Qluxdur.
Qlux “Ayaks”ın heyətində "Qarabağ"a iki qol vuraraq matçın qəhrəmanına çevrilib.
UEFA-nın Texniki Müşahidəçi Qrupu qeyd edib: “O, oyunun gedişatının dəyişməsində həlledici rol oynadı. Matçı öz üzərinə götürdü və “Ayaks”ın hücum oyununun ayrılmaz hissəsi oldu. İki qoluna əlavə olaraq bir neçə vacib ötürmə də verdi".
Qeyd edək ki, "Qarabağ" "Ayaks"a 2:4 hesabı ilə uduzub. Oskar Qlux 79-cu və 90-cı dəqiqələrdə fərqlənib.







































































