İcarə əsasında "Sabah" komandasında çıxış edən Fransa "Lill"inə məxsus futbolçu Aaron Maluda Azərbaycan Premyer Liqasının XV turunda səfərdə “Turan Tovuz”u 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra Sportnet.az-a müsahibə verib.
- Oyunu necə dəyərləndirərdiniz?
- Komandamız üçün yaxşı matç alındı. Əla oynadıq, vacib qələbə qazandıq.
- Meydançanın vəziyyəti oyununuza təsir etdimi?
- Etdi. Amma biz peşəkar futbolçuyuq. Hər vəziyyətdə oynamağı bacarmalıyıq. Bu qazonda oynamaq isə bizim üçün heç də asan olmadı.
- Növbəti oyun “Qarabağ”a qarşı olacaq. Bu görüş barədə nə düşünürsünüz?
- Böyük oyundur, yaxşı hazırlaşacağıq. Baş məşqçimizin təlimatlarını reallaşdırmağa çalışacağıq.
- Ardıcıl qələbələr qazanırsınız. Komandanızın bu mövsümkü hədəfi nədi?
- Dayanmayacağıq. Liqa və kubokda mübarizə aparırıq. Ən yaxşısını etmək istəyirik.
- “Sabah”da icarə əsasında oynayırsınız. Gələn mövsüm də burada qalmaq istərdiniz?
- Əlbəttə. Mən bu komandada çox xoşbəxtəm.
Haşım MƏMMƏDOV








































































