"Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanovun ilin məşqçisi seçilməsi ilə əlaqədar tədbir keçirilib.
Sportnet.az xəbər verir ki, komanda.az saytının həyata keçirdiyi sorğu nəticəsində 53 yaşlı mütəxəssis böyük səs çoxluğu ilə qalib olub.
Tədbirdə əvvəlcə Ağdam təmsilçisinin bu mövsüm əldə etdiyi nailiyyətlərdən bəhs edən süjet nümayiş olunub.
Daha sonra Qurbanova saytın baş redaktoru Rəşad Ergün plaket təqdim edib.
Baş məşqçi ona səs verən bütün idman jurnalistlərinə təşəkkürünü bildirib.
Qeyd edək ki, 62 jurnalistin 91,5 faiz səsini Qurban Qurbanov qazanıb.















































































