Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Saşa İliçin baş məşqçi olduğu kollektiv Azərbaycan Premyer Liqasında dekabrın 22-də baş tutacaq "Sabah"la oyundan sonra istirahətə buraxılacaq.
"Gənclik şəhəri" təmsilçisi 2026-cı il yanvarın 3-də Türkiyənin Antalya şəhərinə yollanacaq.
Həmin tarixdən ayın 17-dək Lara bölgəsində yerləşən "Limak" otelində məskunlaşacaq "gənclik şəhəri" təmsilçisi bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq.
Komanda 9, 12 və 16 yanvar tarixlərində müvafiq olaraq Macarıstanın "Paksi", Serbiyanın OFK (Belqrad) və Xorvatiyanın "Osiyek" klubları ilə yoxlama oyunları keçirəcək










































































