Yay təlim məşq toplanışını Türkiyədə davam etdirən "Xəzər Lənkəran” bu gün dostluq matçı keçirəcək. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına gör ə, Ramazan bayramı ilə əlaqədar qardaş ölkədə əksər klubların qısamüddətli istirahəti səbəbindən "ağ-yaşıllar" bu günə planlaşdırılmış yoxlama oyununu dostluq matçı ilə əvəz edib.
"Xəzər Lənkəran” Bakı vaxtı ilə saat 20.00-da Türkiyə həvəskarlar liqində mübarizə aparan "Antalya Kundu Spor” klubu ilə məskunlaşdığı otelin futbol meydanında qarşılaşacaq. İyulun 21-də isə rəqib Türkiyə Super Liqa təmsilçisi "Kayserispor” olacaq.
Qeyd edək ki, "Kayserispor" ötən mövsüm Türkiyə I Liqasının qalibi olub. Komandanın qapıçılarından biri Azərbaycan yığmasının qolkiperi Kamran Ağayev olub.