“Sumqayıt” futbolçusu Pedro Pinto ilə yollarını ayırıb.
Sportnet.az-ın "gənclik şəhəri" təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 32 yaşlı mərkəz müdafiəçisi Anqolanın “Petroleos de Luanda” komandasına transfer olunub.
Bununla əlaqədar tərəflər arasında anlaşma əldə olunub.
Qeyd edək ki, portuqaliyalı oyunçu "Sumqayıt"a 2025-ci ilin iyulunda məhz "Petroleos de Luanda"dan keçmişdi.













































































