Azərbaycan Premyer Liqasının XIV turundan təxirə salınmış “Qəbələ” – “Turan Tovuz” görüşünün yeni tarixi açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, matç fevralın 24-də olacaq.
Qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan Premyer Liqası, XIV tur
24 fevral (çərşənbə axşamı)
15:00. “Qəbələ” – “Turan Tovuz”
Qəbələ şəhər stadionu
Qeyd edək ki, 2025-ci il dekabrın 8-də "Qəbələ" - "Turan Tovuz" matçı 24-cü dəqiqədə qatı duman səbəbindən yarımçıq dayandırılıb. Ertəsi gün Peşəkar Futbol Liqasının (PFL) İdarə Heyətinin iclası keçirilib və matçın keçirilmə tarixi, eləcə də bununla bağlı digər məsələlər barədə müzakirələr aparılıb. Qış fasiləsinə qədər olan, eləcə də ondan sonrakı ilk turun təqvimi tam açıqlandığı, klublar fəaliyyət planını artıq müəyyənləşdirdiyi üçün, eləcə də bununla bağlı digər məqamları və klubların da fikrini diqqətə alaraq PFL İdarə Heyəti müəyyən qərarlar qəbul edib.
Qərara əsasən, əhəmiyyətli hissəsi oynanılmadan yarımçıq dayandırılmış qarşılaşma yeni oyun kimi keçiriləcək. Klublar görüşdə sifariş vərəqəsində mövcud olan futbolçulardan istifadə edəcəklər. 24-cü dəqiqədə dayandırılmış oyun üçün qüvvədə olan cəzalar Premyer Liqanın növbəti oyunlarına şamil ediləcək.













































































