Azərbaycan Premyer Liqasında XX turun oyun cədvəli məlum olub.
Sportnet.az xəbər verir ki, Qubada startı veriləcək tura Qəbələdə yekun vurulacaq.
Fevralın 14-də Quba Olimpiya İdman Kompleksində keçiriləcək açılış oyununda "Qarabağ" "İmişli"nin qonağı olacaq. Bu, Ağdam komandasının İngiltərə "Nyukasl"ına qarşı UEFA Çempionlar Liqasının ilk pley-off matçından əvvəl son sınağı olacaq.
Bütün görüşlər “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
14 fevral (şənbə)
14:30. “İmişli” – “Qarabağ”
Quba OİK stadionu
17:00. “Zirə” – “Karvan-Yevlax”
Zirə İdman Kompleksinin stadionu
15 fevral (bazar)
14:30. “Kəpəz” – “Neftçi”
Yevlax şəhər stadionu
17:00. “Araz-Naxçıvan” – “Sumqayıt”
"Liv Bona Dea Arena"
16 fevral (bazar ertəsi)
14:30. “Şamaxı” – “Turan Tovuz”
Şamaxı şəhər stadionu
17:00. “Qəbələ” – “Sabah”
Qəbələ şəhər stadionu















































































