İngiltərə "Nyukasl"ı kapitanı Camal Lassells ilə yollarını ayırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi karyerasını “Lester Siti”də davam etdirəcək.
Bununla da təcrübəli futbolçunun “Nyukasl”dakı 10 illik dövrü başa çatıb.
Lassells “Sent-Ceyms Park” klubundan son illərin ən böyük liderlərindən biri kimi ayrılır. O, “Nyukasl”ın kapitanı qismində 253 oyuna çıxıb və komanda ilə Çempionşipdən Çempionlar Liqasınadək uzanan yol keçib.
Mərkəz müdafiəçisi 2014-cü ilin yayında “Nottingem Forest”dən qapıçı Karl Darlou ilə birlikdə “Nyukasl”a transfer olunmuşdu. Lakin o, növbəti mövsümü icarə əsasında yenidən “Siti Qraund”da keçirmişdi.
Lassells “Nyukasl”dakı ilk illərində əsas heyətdən kənarda qalsa da, 2015/2016 mövsümünün ikinci yarısında start heyətində yer almağı bacarıb. Həmin mövsüm komanda Premyer Liqanı tərk etsə də, Lassellsin oyunu və liderlik keyfiyyətləri böyük təəssürat yaradıb.
Bunun ardından baş məşqçi Rafael Benites onu komandanın kapitanı təyin edib.
Qeyd edək ki, "Nyukasl" UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la üz-üzə gələcək. İlk oyun fevralın 18-də Bakıda, cavab görüşü fevralın 24-də Nyukaslda olacaq.















































































