1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Əsas heyət uğrunda mübarizədən çəkinmirəm"
"Yenidən "Qarabağ"da çıxış etmək xoş hissdir. "Qarabağ"ın yetirməsiyəm, mənə doğma olan komandaya qayıtmışam". Bunu "Qarabağ"a qayıdan Azərbaycan yığmasının futbolçusu Əfran İsmayılov klubun saytına açıqlamasında deyib.
Sağ cinah yarımmüdafiəçisi 1 illik müqavilə bağladığı Ağdam təmsilçisini iddialı, hədəfləri olan komanda adlandırıb: "Təbii ki, ciddi rəqabətin olduğunun fərqindəyəm. Amma əsas heyət uğrunda mübarizədən çəkinmirəm. Əsas məqsədim komandaya faydalı olmaqdır. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. İnşallah, keçidim hər 2 tərəf üçün faydalı olar".
Qeyd edək ki, Əfran İsmayılov Çempionlar Liqasında III təsnifat mərhələsindən etibarən "Qarabağ"a kömək edə biləcək.