“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərə "Nyukasl"ına qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini açıqlayıb.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, siyahıda bir əvəzləmə baş verib.
İlkin siyahıda yer almış Kris Kuakunun yerinə Kadi Borges daxil edilib.
Kadi əsas mərhələnin IV turunda İngiltərənin "Çelsi" komandası ilə 1:1 hesablı heç-heçə etdikləri qarşılaşmada zədələndikdən sonra Coni Montiellə əvəzlənmişdi. Braziliyalı yarımmüdafiəçi zədəsini 3 aydan sonra bərpa etdiyi üçün yenidən sifariş ərizəsinə daxil edilib.
Qapıçılar: 89.Amin Ramazanov, 97.Fabian Buntiç, 99.Mateuş Koxalski;
Müdafiəçilər: 2.Mateus Silva, 3.Sami Mmae, 13.Bəhlul Mustafazadə, 18.Dani Bolt, 30.Abbas Hüseynov, 44.Elvin Cəfərquliyev, 55.Bədavi Hüseynov, 81.Kevin Medina;
Yarımmüdafiəçilər: 8.Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20.Kadi Borges, 21.Aleksey Kaşuk, 27.Toral Bayramov, 32.Hikmət Cəbrayılzadə, 35.Pedro Bikalyo, 9.Joni Montiel;
Hücumçular: 11.Ammanuel Addai, 22.Musa Qurbanlı, 17.Kamilo Duran, 7.Nəriman Axundzadə.
Xatırladaq ki, “Qarabağ” və “Nyukasl” arasında ilk matç fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 21:45-də başlanacaq. Fevralın 24-də "Sent Ceyms Park"da təşkil olunacaq cavab görüşünün start fiti isə Bakı vaxtı ilə saat 00:00-da) çalınacaq.












































































