1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Sergey Zenyov: "Bizə "Apollon" daha münasibdir"
"Biz növbəti mərhələyə yüksəlməyi çox istəyirdik. Çünki bu, klubun tarixində böyük uğur olacaqdı. Məsuliyyəti yaxşı başa düşürdük. Qələbə istəyimiz də böyük idi. Tamamilə matça köklənmişdik. Bu da qələbədə böyük rol oynadı". Sportnet.az-ın məlumatına görə, bunu Avropa Liqasının II təsnifat mərhələsində Serbiyanın "Çukariçki” klubunu mübarizədən kənarlaşdıran "Qəbələ”nin hər iki qolunun müəllifi Sergey Zenyov deyib.
Estoniyalı hücumçu gabalafc.az-a açıqlamasında "Qəbələ"nin tarixi uğuruna imza atmasına sevindiyini bildirib. Lakin o, "dubl" etməsinə rəğmən, özünü qəhrəman saymayıb: "Mən "dubl" etmişəmsə, matçın qəhrəmanı deyiləm. Futbolu 11 nəfər oynayır. Uğur da hamımızın qələbəsidir”.
"Qəbələ” III təsnifat mərhələsində Kiprin "Apollon” klubu ilə qarşılaşacaq. Zenyov növbəti rəqib haqda da fikirlərini bildirib: "Bununla kifayətlənmək istəmirik. "Apollon”u da keçmək niyyətindəyik. "Çukariçki”dən fərqli, kiprlilər daha çox texnikalı oyuna üstünlük verir. Bu da heyətində braziliyalı və portuqaliyalıların çıxış etməsi ilə bağlıdır. Bizə belə oyun üslublu rəqib daha münasibdir”.