"Zirə"nin təkcə əsas komandasının deyil, əvəzedicilərinin də oyun zamanı geyim qaydalarını pozduqları üzə çıxıb.
Sportnet.az-ın məlumatına görə, bu, fevralın 9-da Əvəzedicilər liqasında XV turun “Turan Tovuz-2” ilə ev oyununda baş verib.
“Zirə-2”nin 89 nömrəli futbolçu Əli Məmmədovun idman formasında oyunçu nömrəsi fərqli olub.
Nəticədə AFFA İntizam Komitəsi “Zirə-2”ni 300 manat cərimələyib.
Qeyd edək ki, analoji hal fevralın 8-də Azərbaycan Premyer Liqasında XIX turun "Sumqayıt" - "Zirə" matçında da baş verib. “Zirə”nin 5 (Ange Mutsinzi) və 25 (Enrike Kustodio) nömrəli futbolçularının idman şortundakı oyun nömrələri düzgün olmadığına görə klub 1 500 manat cərimə edilib.



































































