“Sumqayıt” 2025/2026 mövsümünün ikinci yarısı üçün növbəti futbolçu keçidini reallaşdırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, son olaraq Slovakiyanın “Spartak Trnava” komandasında çıxış etmiş hücumçu Sedrik Badolo ilə müqavilə imzalanıb.
28 yaşlı Burkina Faso millisinin üzvü ilə 2026/2027 mövsümünün sonunadək + 1 il şərtiylə anlaşma əldə olunub.
Qeyd edək ki, Sedrik Badolo karyerası ərzində “Spartak” ilə yanaşı vətənində “Salitas”, Moldovada “Şerif”, Slovakiyada “Poqroniye” kimi klublarda çıxış edib. O, Burkina Faso millisinin heyətində 30 oyun keçirib.







































































