Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti yeni müqavilə imzalayacaq.
Sportnet.az "The Athletic"ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis Braziliya Futbol Konfederasiyası ilə 4 illik sözləşmə bağlayacaq.
Hələlik sənədləşmə işləri bitməsə də, tərəflər arasında razılaşma əldə olunub və proses formal xarakter daşıyır.
Ançelotti Braziliya millisinə 2025-ci ilin mayından rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 8 oyun keçirib – 4 qələbə qazanıb, 2 heç-heçə edib və 2 məğlubiyyət alıb.
Təcrübəli mütəxəssis daha əvvəl İtaliyanın "Milan", "Yuventus" və "Napoli", İspaniyanın "Real Madrid", Fransanın PSJ, Almaniyanın "Bavariya", İngiltərənin "Everton" kimi komandalarına rəhbərlik edib.









































































