İngiltərənin "Nyukasl" komandasının "Qarabağ"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün Bakıya səfər proqramı müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, "sağsağanlar" tarixlərinin ən uzun səfərinə qarşılaşmadan bir gün əvvəl - fevralın 17-də çıxacaqlar.
Mətbuat konfransı və açıq məşq də elə sabah Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Qonaq komandanın baş məşqçisi Eddi Hau jurnalistlər önünə saat 20:30-da çıxacaq. “Nyukasl”ın ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşqi isə saat 21:00-da başlayacaq.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı isə daha erkən - saat 17:00-da elə Respublika stadionunda gerçəkləşəcək. Saat 17:30-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) olacaq.
Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl Yunayted” görüşü saat 21:45-də start götürəcək.















































































