Futzal üzrə Yüksək Liqada III dövrəyə start verilir.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, XI turun oyunlarından 2-si fevralın 19-da, son matç isə 2 gün sonra – fevralın 21-də keçiriləcək.
Yüksək Liqa, XI tur
19 fevral
14:00. "Neftçi" İK – "Lənkəran"
16:00. "Baku Fire" – "Araz-Naxçıvan"
21 fevral
14:30. U-19 – "Şuşa"
Qarşılaşmaların hamısı "Olimpik Star"da keçiriləcək.












































































