"Qarabağ" evdə İngiltərə "Nyukasl"ına qarşı keçirdiyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında ciddi itki ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, 21-ci dəqiqədə mərkəz müdafiəçisi Bəhlul Mustafazadə əzələsini dartıb.
Onun oyunu davam etdirə bilməyəcəyi müəyyənləşib. Əvəzində meydançaya Dani Bolt daxil olub.
Qeyd edək ki, hazırda "Qarabağ" 0:2 hesabı ilə geridədir.













































































