UEFA Çempionlar liqasının pley-off mərhələsinin İngiltərə "Nyukasl"ı ilə ilk görüşündə "Qarabağ"ın ehtiyat skamyasındakı bəzi futbolçularımın hərəkəti diqqət çəkib.
Sportnet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, oyunun 45-ci dəqiqəsində "Qarabağ"ın qapısına penalti təyin olunan zaman ekranda futbolçular - Toral Bayramov və yanındakı bir nəfərin güldüyü anlar əks olunub.
Həmn anlar sosial şəbəkələrdə tənqid hədəfi olub.
Qeyd edək ki, oyun "Nyukasl"ın qələbəsi ilə yekunlaşıb - 6:1.







































































