Azərbaycan Premyer Liqasında XXII turun ikinci oyun gününə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, günün son matçında "Qəbələ" və "Karvan-Yevlax" komandaları üz-üzə gəlib.
Qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.
Hesabı 26-cı dəqiqədə "Karvan-Yevlax"ın futbolçusu İmani Barker açıb. 36-cı dəqiqədə isə Seydina Keyta penaltidən bərabərlik qolunu vurub.
Bununla da xalını 16-ya çatdıran "Qəbələ" 11-ci pillədə qərarlaşıb. 7 turdan sonra xal qazanan "Karvan-Yevlax" 7 xalla yenə sonuncu - 12-ci pillədə yer alıb.
Xatırladaq ki, XXII turun ilk oyun günündə "Kəpəz" "Sumqayıt"ı 3:0, "Zirə" "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib. Bu gün isə "Şamaxı" evdə "Neftçi" ilə heç-heçə edib - 2:2. Tura martın 1-də keçiriləcək "Turan Tovuz" - "İmişli" və "Qarabağ" - "Sabah" görüşləri ilə yekun vurulacaq.
---------------------------------
Azərbaycan Premyer Liqasında XXII turun növbəti görüşü "Şamaxı" və "Neftçi" komandaları arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, Şamaxı şəhər stadionunda təşkil olunmuş qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Qolların hamısı fasilədən sonra vurulub. 60-cı dəqiqədə Vensan Abubakar hesabı açıb. 74-cü dəqiqədə Sezar Enrike "Şamaxı"nın bərabərlik qolunu vurub.
Əsas hadisələr isə uzatma dəqiqələrində cərəyan edib. 90+1-ci dəqiqədə Abubakar "dubl" edərək, "Neftçi"ni hesabda yenidən önə çıxarıb. Bu, kamerunlu hücumçunun mövsümdə 6-cı, Premyer Liqada 4-cü qolu olub.
Lakin 90+8-ci dəqiqədə baş hakim Kamranbəy Rəhimov VAR monitoruna baxdıqdan sonra "ağ-qaralar"ın qapısına penalti təyin edib. Karim Rossi bu imkandan yararlanaraq, yekun nəticəni müəyyənləşdirib. Bu, isveçrəli legionerin çempionatda 8-ci qolu olub.
Beləliklə, "Neftçi" 21 oyundan 31 xalla 7-ci, "Şamaxı" 22 oyundan 26 xalla 8-ci pillədə qalıb.
------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXII turun daha 2 oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçı Şamaxı şəhər stadionunda gerçəkləşəcək.
Baş hakim Kamranbəy Rəhimovun idarə edəcəyi görüşdə "Şamaxı" və "Neftçi" komandaları üz-üzə gələcək.
Hazırda "Neftçi" 20 oyundan 30 xalla 7-ci, "Şamaxı" 21 matçdan 25 xalla 8-ci yerdə gedir. Qonaqlar qalib gəlsələr, 1 pillə irəliləyəcəklər.
Bu, iki kollektivin 80-ci qarşılaşması olacaq. Əvvəlki oyunların 16-da "Şamaxı", 44-də "Neftçi" qələbə qazanıb, 19 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində isə "ağ-qaralar"ın üstünlüyü belədir - 125:72. “Şamaxı” axırıncı 11 matçda qələbə qazanmayıb. “Neftçi” son 4 qarşılaşmada qol vurub.
Günün digər qarşılaşmasında "Qəbələ" və "Karvan-Yevlax" komandaları üz-üzə gələcək. İlk oyun günündə "Kəpəz" "Sumqayıt"ı 3:0 hesabı ilə yenərək, 16 xalla 10-cu pilləyə yüksəlib. Hazırda 15 xalla 11-ci yerdə gedən "Qəbələ"yə yenidən mövqeyini geri qaytarmaq üçün qələbə lazımdır. 6 xalla 12-ci pillədə yer alan "Karvan-Yevlax"a isə üzləşdiyi ağır durumdan tədricən qurtulmaqda yalnız qələbə kömək edə bilər.
Azərbaycan Premyer Liqası, XXII tur
28 fevral (şənbə)
14:30. “Şamaxı” – “Neftçi” - 2:2
Qollar: Sezar Enrike, 75. Karim Rossi, 90+4 (pen.) - Vensan Abubakar, 60; 90+3
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Aleksandr Tançeski ( “Neftçi” ), 90+4 (hakimin qərarına etiraz)
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Dmitro Kara-Mustafa ( “Neftçi” ), 90+4 (hakimin qərarına aqressiv şəkildə etiraz etdiyinə görə)
Sarı vərəqələr: Karim Rossi, 83 (qeyri-idman hərəkəti) - İqor Ribeyro, 46 (qeyri-idman hərəkəti); Andrey Ştoqrin, 73 (qeyri-idman hərəkəti); Mustafa Sek, 90+4 (qeyri-idman hərəkəti); İfeanyi Metyu, oyundan sonra (hakimin qərarına etiraz)
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Şamaxı şəhər stadionu, 1200 tamaşaçı
“Şamaxı”: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev (17. Rafael Məhərrəmli, 87) 97. Oruc Məmmədov (19. Abdullahi Şuaybu, 68) 82. Rüfət Abbasov 7. Edqar Adilxanov (10. Andrey Tirkoveanu, 68) 9. Karim Rossi (3. Vladislav Veremeyev, 90+4) 13. Rikardo Apolinario 11. Dioqo Balau (27. Emil Süleymanov, 90+4) 4. Sezar Enrike 44. David Santos
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 48. Ramiz Muradov 77. Nihat Mehralıyev 90. Davud Mənsumov
Baş məşqçi: Ayxan Abbasov
“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) (10. Freddi Varqas, 64) 15. Elvin Bədəlov 7. Emil Səfərov 77. Falaye Sako (70. Andrey Ştoqrin, 29) 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 9. Bassala Sambu (45. Vensan Abubakar, 46) 33. Breno Almeyda (28. Alessio Kurçi, 84) 11. İmad Faraj (47. Murad Məmmədov, 84)
Ehtiyat oyunçular: 1. Emil Balayev 91. Nurəziz Əzizov 4. Elvin Camalov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanskiy 14. Edvin Kuç 22. Luis Ortis
Baş məşqçi: Yuri Vernidub
17:00. “Qəbələ” – “Karvan-Yevlax” - 1:1
Qollar: Seydina Keyta, 36 (pen.) - İmani Barker, 26
Sarı vərəqələr: Pedro Mateuş, 35 (qeyri-idman hərəkəti); Tompson Qavi, 45 (qeyriidman hərəkəti); Emin Rüstəmov, 45+1 (qeyri-idman hərəkəti)
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Mirnihat Seyidov, Rövşən Rəcəbov
VAR: Vüqar Həsənli
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Qəbələ şəhər stadionu, 150 tamaşaçı
“Qəbələ”: 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 7. Turan Manafov (66. Nuğay Rəşidov, 89) 27. Eşqin Əhmədov (13. Nicat Əliyev, 89) 33. Seydina Keyta 50. Adriel Ba Loua (10. Şahin Şahniyarov, 67) 6. Xayme Syerra 8. Sambu Sissoko (24. İsmael Akinade, 34) 16. İsaak Amoah 14. Domi Massumo (12. İbrahim Sanqare, 89) 30. Prins Ovusu
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 74. Süleyman Damadayev 21. Ziya Şəkərxanov 3. Eduardo Kunde 70. Paulo Quimbila
Baş məşqçi: Kaxaber Tsxadadze
“Karvan-Yevlax”: 99. Pedro Mateuş 32. Elvin Yunuszadə (k) 6. Vadim Abdullayev 16. Rauf Rüstəmli (42. İbrahim Qədirzadə, 90+2) 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels (17. Samir Abdullayev, 90+2) 2. Şakil Sno (13. Vüsal Məsimov, 90+2) 11. Kayl Spens (8. Peter Kings, 86) 37. Mois Nqvisani 19. Tompson Qavi (14. Uğur Cahangirov, 75) 21. İmani Barker
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 33. Eltun Turabov 4. Olavale Doyeni
Baş məşqçi: Füzuli Məmmədov
Xatırladaq ki, XXII turun ilk oyun günündə "Kəpəz" "Sumqayıt"ı 3:0, "Zirə" "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib. Tura martın 1-də keçiriləcək "Turan Tovuz" - "İmişli" və "Qarabağ" - "Sabah" görüşləri ilə yekun vurulacaq.


















































































