AfFFA-nın balansında olan Bayıl stadionu mayda təmirə bağlanılacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə qurumun baş katibi Cahangir Fərəcullayev bildirib.
O, əsaslı təmirdən sonra stadionun uşaq və gənclər futbolu üçün istifadəyə veriləcəyini diqqətə çatdırıb.
Bundan başqa Fərəcullayev iki regionda futbol mərkəzinin istifadəyə veriləcəyini vurğulayıb.
Qeyd edək ki, hazırda Bayıl stadionunda "Səbail" komandası ev oyunlarını keçirir.














































































