"Məqsədimiz “piramida” layihəsidir. C və D kateqoriyalı məşqçilər yetişdirməkdir. Onlar sonra B, A, Pro kateqoriyası almaqlarıdır”
Sportnet.az xəbər verir ki, bu sözləri Cahangir Fərəcullayev AFFA-nın XXXIV hesabat konfransında deyib. O, baş məşqçi dəyişməsinin işləri müsbətə doğru apardığını vurğuladı:
“U-20 DÇ ilə bağlı əlavə əlavələr etmək istəyirəm: Sentyabrda məşqçi postunda baş verən məlum dəyişiklikdən sonra yaxşılığa doğru davam etdi. Ayxan Abbasov taktiki dəyişikliklər edib. Biz FİFA Seriesdə bunun qığılcımlarını gördük. Biz bu uğuru nə şişirtmək, nə kiçiltmək istəyirik. 12 komandanın oynaması rəqabətin artmasına gətirib çıxardı. Legioner limitinin ləğvi azarkeşlər tərəfdən daha böyük marağa səbəb olub. “Qarabağ” - “Sabah” matçında son 10 ilin rekordu qeydə alındı. Hakimlərlə bağlı da dəyişikliklər oldu. Çempionatın yararlı yeri infrastrukturdur. “Karvan-Yevlax” öz meydanına qayıtdı. Gəncə və Tovuzda da gələn mövsümdən oyunlar keçiriləcək. Ağsu şəhər stadionu premyer-liqa standartlarına uyğunlaşdıracaq. Liv Bona Dea Arena da təmir olunacaq. Bayıl Arena mayda əsaslı təmirə bağlanacaq. Eyni layihə çərçivəsində iki mərkəz də açılacaq. Uşaq və yeniyetmə layihələr AFFA-nın foks-layihəsidir. Məqsədimiz “piramida” layihəsidir. C və D kateqoriyalı məşqçilər yetişdirməkdir. Onlar sonra B, A, Pro kateqoriyası almaqlarıdı”.













































































