Azərbaycan Premyer Liqasının XXVI turunda davam edən "Araz-Naxçıvan" - "Sabah" matçında gərgin anlar yaşanıb.
Sportnet.az-ın xəbərinə görə, buna baş hakim Fərid Hacıyevin mübahisəli qərarları səbəb olub.
İlk olaraq Masazır təmsilçisinin qapıçısı Tərlan Əhmədlinın seyvi ilə başa çatan penaltisi zamanı qayda pozuntusu qeydə alan hakimlər 11 metrlik cərimə zərbəsinin təkrarlanmasını istəyib və bu Naxçıvan təmsilçisinin futbolçularında şübhə yaradıb.
Etirazlara görə Hamidu Keyta sarı vərəqə ilə cəzalandırıb. Təkrarlanan penalti zamanı Coy Lens Mikels fərqlənib. Qoldan bir dəqiqə sonra almaniyalı hücumçu het-trik etsə də, bu yenidən mübahisələrə səbəb olub.
"Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko hakimə sərt etirazlar bildirdiyi və "Sabah"ın müdafiəçisi Timoteuş Puxaçla mübahisə apardığı üçün sarı vərəqə ilə cəzalandırılıb.
Daha sonra referi Fərid Hacıyev VAR yoxlanışı edərək bu qolu ləğv edib.













































































