2026/2027 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək ilk klubun adına aydınlıq gəlib.
Sportnet.az-ın məlumatına görə, bu hüquqa ardıcıl dördüncü dəfə "Sabah" komandası yiyələnib.
Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv Azərbaycan Premyer Liqasının XXVI turunda "Araz-Naxçıvan" üzərində qazandığı 4:2 hesablı səfər qələbəsi sayəsində avrokuboklara vəsiqə verən ilk "4-lük"dəki yerini təmin edib.
Hazırda Masazır təmsilçisi 65 xalla liderdir və sona 7 tur qalmış ehtiyatda bir oyunla 5-ci yerdə gedən "Neftçi"ni 25 xal geridə qoyur. "Ağ-qaralar" "Qarabağ"la təxirə salınmış oyunda qələbə qazansalar belə, "Zirə"nin 5-ci pilləyə enmə təhlükəsi olmayacaq.
Qeyd edək ki, "Sabah" bu mövsüm tarixində ilk dəfə Azərbaycan çempionu adını qazana bilər. Dambrauskasın komandası ikinci yerdə gedən "Qarabağ"ı 10 xal qabaqlayır.

















































































