UEFA Avropa Liqasının 1/4 final mərhələsində daha 3 oyun keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Braqa"nın ardından Portuqaliyanın daha bir təmsilçisi “Portu” da doğma arenasında heç-heçə ilə kifayətlənib.
"Əjdahalar" İngiltərənin “Nottingem Forest" komandasını məğlub edə bilməyiblər.
"Dumanlı Albion"un digər komandası "Aston Villa" İtaliyada "Bolonya"ya qalib gəlib - 3:1.
Almaniya klubu “Frayburq” isə öz meydançasında İspaniya “Selta”sını darmadağın edib - 3:0.
UEFA Avropa Liqası
1/4 final, ilk oyunlar
9 aprel (cümə axşamı)
23:00. “Portu” (Portuqaliya) – “Nottingem Forest” (İngiltərə) - 1:1
23:00. “Bolonya” (İtaliya) – “Aston Villa” (İngiltərə) - 1:2
23:00. “Frayburq” (Almaniya) – “Selta” (İspaniya) - 3:0
8 aprel
"Braqa (Portuqaliya) - "Betis" (İspaniya) - 1:1
Qeyd edək ki, cavab görüşləri aprelin 16-da keçiriləcək.












































































