
"Kəpəz” klubu heyətini 4 legionerlə gücləndirib. Sportnet.az-ın məlumatına görə, Gəncə komandası ukraynalı hücumçu Aleksandr Sıtnik, brazilyalı yarımmüdafiəçi Martins Junior Osvaldo Joze, portuqaliyalı cinah yarımmüdafiəçisi Da Silva Junior Dario Frederiko və litvalı qolkiper Tadas Simaitisi heyətinə cəlb edib.
Bu futbolçularla bir illik müqavilə bağlanılıb.
Əcnəbilər "sarı-göylər” Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olarkən baxış üçün düşərgəyə dəvət olunub. Məşqçilər korpusu onları yoxlama oyunlarında sınaqdan keçirib. Legionerləri Bakıda bir daha gözdən keçirən baş məşqçi Şahin Diniyev razı qalıb.