"Sabah"ın hücumçusu Aron Maludanın səfərdə "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra Sportnet.az-a müsahibəsi:
- Bu qələbə ilə artıq çempionluğun bir addımlığındasınız. Düşüncələriniz nədir?
- Azlıqda oynadığımız matçda çətin qələbə qazandığımız üçün xoşbəxtəm. Komanda şəklində yaxşı çıxış etdik. 4 gündən sonra kubok matçımız var, çox sevinə bilmərik.
- Kuboku da qazansanız, Azərbaycan futbolu tarixində qızıl dublu bacaran 3-cü klub olacaqsınız...
- Bunu bilmək yaxşı oldu. Yaxşıca köklənib qələbə qazanmalıyıq.
- Görüşün yarısını azlıqda oynadınız və qol buraxmadınız...
- Çox çətin idi. Açığı, epizodu aydın görmədiyimdən, "qırmızı"nın olub-olmadığını deyə bilmərəm. Referinin qərarıdır, qarışmayacam. Güclü müdafiə olunduq. 10 nəfərlə qələbə qazanmaq yaxşıdır.
- Formada adınız yazılıb, soyadınız isə yoxdur. Çempionluqdan sonra artıq Maluda soyadını formanıza layiq görəcəksiniz?
- Yox. Mən belə qalmasını istəyirəm.
Mikayıl HACIYEV




















































































