Azərbaycan Premyer Liqasında növbəti iki oyunumuzu “Palms Sports Arena”da “Qarabağ”a qarşı keçirəcək "Neftçi" azarkeşlərə jest edib.
Sportnet.az xəbər verir ki, "ağ-qaralar" Ağdam təmsilçisini aprelin 26-sı saat 19:00-da XXIX tur matçında, ayın 30-u saat 20:00-da isə XXI turdan təxirə salınmış görüşdə qəbul edəcək.
Hər iki matçın biletləri satışa çıxarılıb. Azarkeşlər bir bilet almaqla da hər iki oyunumuzu tribunadan izləyə bilərlər. Biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.
“Qarabağ”la ilk görüş üçün biletlərin qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 1”, “Qərb 2” sektorları), 3 (“Anatoli Banişevski üst”, “Şimal 1”, “Şimal 2” sektorları), 5 (“Anatoli Banişevski alt” sektoru), 15 (“VIP Silver 1”, “VIP Silver 2”, “VIP Family” sektorları) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edir.
Hər iki oyuna bir bilet alanda isə (“bundle”) qiymət 3 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 1”, “Qərb 2” sektorları), 5 (“Anatoli Banişevski üst”, “Şimal 1”, “Şimal 2” sektorları), 8 (“Anatoli Banişevski alt” sektoru), 27 (“VIP Silver 1”, “VIP Silver 2”, “VIP Family” sektorları) və 36 (“VIP Gold” sektoru) AZN-dir. Bu yalnız onlayn alınan biletlər üçün keçərlidir.
Stadionun kassasında isə biletlər hər iki oyun günü saat 12:00-dan satışda olacaq.



















































































